Konfederasiyanın prezidenti Viola Amherd bildirib ki, İsveçrə hakimiyyəti Bürgenstokda keçirilən “sülh sammitindən” sonra Ukrayna ilə bağlı yeni konfrans təşkil etməyi planlaşdırır.

“Biz Ukraynada uzunmüddətli və davamlı sülhə nail olmaq üçün geniş dəstəklənən prosesə başlamaq və Rusiyanın iştirakı ilə gələcək sülh sammitinə şərait yaratmaq istəyirik”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, regionda sülhə nail olmaq və daha da möhkəmləndirmək üçün real tədbirlər yalnız bütün ölkələrin, o cümlədən Rusiyanın birgə hərəkətləri şərti ilə mümkündür.

Amherd həmçinin bildirib ki, Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransa Avropa və Şimali Amerika, Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadan 90 ölkə qeydiyyatdan keçib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN