Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Hollandiya və Ukraynanın Malayziya Hava Yollarına məxsus MH-17 reysinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfinin məhkəmədə iştirak etmədiyi iddiası üzrə dinləmələrə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

AİHM bildirib ki, Rusiya onu məhkəmədə kimin təmsil edəcəyi barədə məlumat verməyib.

Ukrayna bundan əvvəl Krım və Donbassla bağlı Rusiya Federasiyasına qarşı bir neçə iddia qaldırmışdı.

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ilin iyulunda Ukraynanın şərqində qəzaya uğrayıb. 2022-ci ilin noyabrında Haaqa Rayon Məhkəməsi ruslar İqor Qirkin, Sergey Dubinski və ukraynalı Leonid Xarçenkonu təyyarəni məhv etməkdə təqsirli bilib.

18 iyul 2023-cü ildə AİHM Rusiyanın MH-17 işində Ukraynaya qarşı şikayətini Rusiya tərəfinin iddiaya baxmaqda maraqlı olmaması səbəbindən rədd edib. AİHM əlavə edib ki, Rusiya tələb olunan sənədləri sonuncu dəfə 2022-ci il aprelin 19-da məhkəməyə verib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi MH-17-nin qəzaya uğramasına görə Rusiyanın məsuliyyət daşımasını dayandırmağı tələb edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN