Paytaxtda 13 yaşlı qızın intim video görüntülərini yayan 19 yaşlı gənc saxlanılıb...
Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi İstintaq Xidməti məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında facebook sosial şəbəkəsi vasitəsilə 13 yaşlı qızla tanış olub. Tanışlıqdan qısa müddət sonra onların yazışmaları intensivləşib, onlar hər gün Facebook/Messenger videozəngləri vasitəsilə danışıblar. Saxlanılan şəxs zərərçəkmişi qarşısında soyunmağa məcbur edib. Həmçinin o, zərərçəkmişin bacısından onun qarşısında soyunmasını tələb edib, əks halda zərərçəkmişin intim video çəkilişlərini ictimaiyyətə açıqlayacağı ilə hədələyib. İmtina aldıqdan sonra təqsirləndirilən şəxs zərərçəkmiş azyaşlı ilə videozənglər vasitəsilə əlaqə saxlayarkən çəkdiyi intim video çəkilişləri facebook sosial şəbəkəsində paylaşıb.
Hadisə barədə polisə verilən məlumatdan sonra Xüsusi İstintaq Xidməti dərhal araşdırma aparıb. Təqsirləndirilən şəxsin mobil telefonuna şəxsi baxış zamanı 13 yaşlı qızın intim videoyazıları aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu da sarsax əməlin və məsuliyyətsizliyin son nəticəsi...
ELÇİN