booked.net booked.net  

15 İyun - Milli Qurtuluş Günü münasibətilə gömrük orqanlarında tədbirlər keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının əməkdaşları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan İstiqlal muzeyini ziyarət ediblər.

Hospitalın əməkdaşlarına Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü il 15 iyun tarixində xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı barədə ətraflı məlumat verilib.

Sumqayıt Gömrük İdarəsinin əməkdaşları isə Sumqayıt şəhərində yerləşən Bayraq Muzeyini ziyarət ediblər. Gömrük əməkdaşlarına Ümummilli Liderin yenidən ölkə rəhbərliyinə qayıdışı, müstəqilliyimizin, dövlətçilik ənənələrimizin bərpası və qorunması istiqamətində əvəzsiz xidmətlərindən bəhs olunub.

15 İyun - Milli Qurtuluş Günü Astara Gömrük İdarəsində də qeyd olunub.

Tədbirdə Ulu Öndərin hakimiyyətə qayıdışı, onun dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi, qətiyyəti hesabına Azərbaycanın dünya birliyinin etibarlı üzvünə çevrildiyi diqqətə çatdırılıb.

Sonda  15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Gəncə Gömrük İdarəsi isə “Milli Qurtuluş Günü - millətin özünə inamının bərqərar olduğu gün” mövzusunda tədbir keçirib.

Gömrük İdarəsinin əməkdaşları tədbirdə “Heydər Əliyev və müstəqil Azərbaycan gömrüyünün inkişaf tarixi”, “Heydər Əliyevin gömrük xidmətinin təkmilləşdirilməsində rolu” mövzusunda çıxışlar ediblər.

Tədbirdə 15 İyun Milli Qurtuluş Günündən və Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirilib.

R.XUDATQIZI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN