Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Ağsu, Lənkəran və Şəki regional miqrasiya idarələri tərəfindən Göyçay, Lənkəran, Masallı, Astara, Cəlilabad və Şəkidə yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda daimi və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış və digər sənədlər təqdim edilib.

Eyni zamanda şəxslərdən müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib və müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN