Erməni hüquqşünas Ruben Melikyan iyunun 12-də ölkə parlamentinin binası yaxınlığında etirazçılarla polis arasında baş verən toqquşmadan sonra 5 nəfərin həbs olunduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Başqa sözlə, 28 günahsız insan saxlanılıb, eyni zamanda videomateriallar əsasında həbslərin ikinci dalğası başlayıb, onlardan 5-i barəsində məhkəmə tez bir zamanda həbs qətimkan tədbiri seçib”, - deyə Melikyan bildirib.

Vəkil əlavə edib ki, daha 3 nəfərin həbsi ilə bağlı qərar iyunun 16-da veriləcək.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalastanyan hüquq müdafiəçilərini hazırkı hakimiyyət tərəfindən repressiyaya məruz qalan vətəndaşları müdafiə etməyə çağırıb.

Xatırladaq ki, iyunun 12-də İrəvanda ölkənin baş nazirinin çıxış etdiyi Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşmalar başlayıb. Etirazçılar parlament binasının yaxınlığındakı kordonu yarmağa, təhlükəsizlik qüvvələri isə onları geri itələməyə çalışıb. Polisin ölkə parlamentinin binası yaxınlığında keçirdiyi tədbirlər nəticəsində Mediahub-un jurnalisti Nare Gevorqyan yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN