Rusiyaya qarşı sanksiyaların 14-cü paketində Avropa İttifaqı Rusiya Federasiyasından - Rusiyanın Qərbdəki kölgə donanması adlanan neftlə tankerlərin Avropa limanlarına və xidmətlərinə çıxışını məhdudlaşdıracaq.

Tezadlar.az bildirir ki, bu barədə Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Hanke Bruins Slot məlumat verib.

“Bu sanksiyalar paketi sayəsində “kölgə donanması” Avropa limanlarına və xidmətlərinə çıxışını itirəcək”, - o, X səhifəsində yazıb.

Ölkənin xarici işlər naziri əlavə edib ki, Hollandiya bu cür tədbirlərin tətbiqini “qətiyyətlə müdafiə edib”.

Bu gün Belçikanın Aİ Şurasına sədrliyi bəyan edib ki, Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. İndi bu sanksiya paketi bütün Aİ ölkələrinin nazirləri tərəfindən təsdiqlənməlidir, bundan sonra o, dərc olunaraq qüvvəyə minəcək. Avropa Komissiyası bunu Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlar başlamazdan əvvəl qüvvəyə mindirməyə çalışır.

Bundan əvvəl Brüsselin “Euobserver” portalı sənəd layihəsinə istinadən bu paketin əsas müddəalarını dərc edib. Aİ, xüsusilə, mayeləşdirilmiş təbii qazın tədarükünə və Rusiya Federasiyasından helium idxalına məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Layihəyə əsasən, paket neft tankerləri donanmasına qarşı sanksiyaları və “ikili istifadə texnologiyalarına” girişi məhdudlaşdırmağı ehtiva edir. Aİ həmçinin müğənni Polina Qaqarina da daxil olmaqla 20-dən çox fiziki şəxsi və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN