2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda keçirilən yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb. Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib.

Yarışın ümumi nəticələrinə əsasən qaliblər müəyyən olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN