İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Sənan Zeynalov müəyyən olunaraq saxlanılıb.
***
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
***
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ramel Səfərov saxlanılıb.
***
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Valeh Şıxəliyev və Orxan Xurşudlu saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
***
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə bir nəfərin bank kartından 300 manatının oğurlanması barədə məlumat daxil olub.
Araşdırmalarda avtoyuma məntəqəsində həmin şəxsin “Toyota” markalı avtomobilindən bank kartının oğurlanması və hesabındakı 300 manatının çıxarılması məlum olub.
Keçirilən tədbirlərdə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yalçın İsmayılov saxlanılıb.
Araşdırma aparılır.
***
Polis əməkdaşlarının iyunun 22-də və 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
***
İyunun 18-də bir nəfərin bank kartından 306 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarda taksidə olan qadının zəng etmək adı ilə aldığı telefondan mobil tətbiq vasitəsilə 306 manat oğurlayaraq öz hesabına köçürməsi məlum olub.
Keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü qadın müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
***
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 22-də rayon ərazisində yerləşən restoranların birindən 4800 manat pul oğurlamaqda şübhəli bilinən E.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
R.XUDATQIZI