ABŞ prezidenti Co Bayden canlı yayımda teleprompterdən texniki detalları oxuyub.
Tezadlar.az xəbər verir ki, çıxışın videoyazısını “İzvestiya” nəşr edib.
Baydenin Ali Məhkəmənin toxunulmazlıq qərarı ilə bağlı çıxışı zamanı problemlər yaranıb. Teleprompterdən mətni canlı oxuyan dövlət başçısı çaş-baş qalıb.
Co Bayden demokratiyadan qorxduğunu dedikdə, cümləsini bitirmək əvəzinə, “Sitatı bitir” deyib.
Ölkə tarixində ən yaşlı ABŞ prezidenti bir neçə dəfədən çox yöndəmsiz vəziyyətə düşüb. Xüsusilə, o, Almaniyanın keçmiş kansleri Helmut Kol və o vaxta qədər ölmüş Fransanın keçmiş prezidenti Fransua Mitteranla əlaqə saxladığını bildirərək, Avropa İttifaqı ölkələrinin liderlərinin adlarını qarışdırıb. Həmçinin Nyu-Yorkda yenidən seçki kampaniyasına donorların iştirak etdiyi tədbirdə Co Bayden bir neçə dəqiqəlik fasilə ilə artıq danışılmış hekayəni demək olar ki, sözlə təkrarlayıb.
Eyni zamanda, CBS telekanalı iyunun sonunda keçirilən sorğunun məlumatlarına istinad edərək qeyd edib ki, amerikalıların 72%-i ABŞ prezidenti Co Baydenin psixi vəziyyətinin ona yenidən prezident seçilmək üçün mübarizə aparmağa imkan vermədiyinə inanır.
E.ŞİRİNOV