Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib.

“Biz prezident Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik”, - deyə Orban bildirib.

Onun sözlərinə görə, baş nazir həmçinin bildirib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN