ABŞ Prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
“Reuters“ Ağ Evdəki mənbəsinə istinadən yaydığı məlumatda xəbər verir ki, bu görüş Netanyahunun Vaşinqtona səfəri çərçivəsində baş tutacaq.
Səfər fonunda iyulun 24-də İsrail Baş nazirinin ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.