Avropa Parlamentinə daxil olan sağçı partiyalar yeni fraksiya yaratmaq üzərində intensiv işləyirlər, onun fəaliyyəti Aİ-nin mövcud siyasətinə, o cümlədən anti-Rusiya sanksiyalarına qarşı yönələcək.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Macarıstanın sağçı “Bizim Vətən” partiyasının sədri Laslo Torotskai deyib.

Onun sözlərinə görə, koalisiyaya “Bizim Vətən”dən başqa, “Almaniya üçün Almaniya Alternativi” (AfD), Bolqarıstanın “Dirçəliş” partiyası və digər müttəfiqlər daxil ola bilər.

Torotskai bildirib ki, Aİ-nin hazırkı rəhbərliyinin siyasəti, o cümlədən Rusiyaya qarşı sanksiyaların tətbiqi Avropa üçün fəlakətli nəticələrə malikdir.

“Əlbəttə, biz bu siyasətə qarşı çıxacağıq”, - o deyib.

İyunun 23-də məlum olub ki, “Almaniya üçün Almaniya Alternativi” (AfD) partiyası Avropa Parlamentində “Suverençilər” fraksiyası yaratmaq niyyətindədir. O, Rusiya ilə münasibətlərin normallaşdırılması və Aİ-nin hegemonluğundan qurtulmağın tərəfdarı olacaq. Fraksiya yaratmaq üçün Aİ-nin yeddi ölkəsindən ən azı 23 deputat lazımdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN