Litva Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Qabrielius Landsbergis Rusiya prezidenti Vladimir Putinin yanlış olduğunu sübut etmək istəyib və Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücuma icazə verilməsini təklif edib.

Tezadlar.az xəbər verir ki, müvafiq yazı onun X sosial şəbəkəsindəki hesabında yer alıb.

“İndi Ukraynaya ən yaxşı silahlarımızı vermək və hərbi hədəfləri lazımi qədər dərindən vurmaq icazəsi verməklə onun səhv olduğunu sübut etmək üçün mükəmməl vaxtdır”, – diplomat yazıb.

Onun sözlərinə görə, Rusiya lideri Qərbdən zəif reaksiya və Kiyevin tərəfdaşlarının proqnozlaşdırıla bilən qərarlarını gözləyir.

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərinin ölkə hakimiyyətinə zərər vurduğunu bildirib.

“Baş nazir Viktor Orbanın Moskvaya getməklə bağlı birtərəfli qərarı heç bir şəkildə Avropa İttifaqının mövqeyini əks etdirmir. Bu, Macarıstanın Aİ Şurasına sədrliyinə inamı zədələyir”, - Nauseda bildirib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN