Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Müharibədən zərər çəkən uşaq və ailələrə psixososial dəstək” layihəsi çərçivəsində Ağdam və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Ağdam rayonunun Rzalar və Mahrızlı kənd məktəbləri, Goranboy rayonu Qaraçınar kənd məktəbi və Kəlbəcər rayonunun E.Hümbətov adına 63 saylı orta məktəbin şagirdləri olmaqla, ümumilikdə 100 nəfər psixoloji treninqlərə cəlb olunub.

Komitənin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, yaşa görə formalaşdırılan qruplarda psixoloqların rəhbərliyi altında uşaqların daxili aləmini kəşf etməyə, emosiyalarını idarə etməyə, şəxsi məkanının sərhədlərini müəyyənləşdirməyə imkan verən psixoloji tapşırıqlar yerinə yetirilir, interaktiv oyunlar keçirilir və nəfəs texnikaları tətbiq olunur.

a

Uşaqlarla yanaşı onların valideynləri ilə də psixoloji maarifləndirmə işi aparılır. Sosial pedaqoqlar tərəfindən valideyn bacarıqları, böhran vəziyyətində uşaqlara psixososial yardımın göstərilməsi, valideyn-övlad münasibətləri  və s. mövzularda təlimlər keçirilir.

Qeyd edək ki, 2021-ci ildən etibarən həyata keçirilən layihənin məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixososial rifahını yaxşılaşdırmaq, uşaqların emosiya və hisslərini ifadə etməsinə köməklik göstərmək, stressə davamlılığı gücləndirmək, psixi sağlamlığı möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, özünüqiymətləndirməsini və fəaliyyət qabiliyyətini yüksəltməkdir. Layihənin iyul ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN