Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Könüllüləri” proqramının və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda könüllülük” mövzusunda təlim keçirilib.

FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimdə “Fövqəladə Hallar Könüllüləri” proqramına cəlb olunmuş könüllülər, FHN-in axtarış-xilasetmə, yanğından mühafizə, mülki müdafiə, ilkin və psixoloji yardım, informasiya-kommunikasiya texnologiyalarının təşkili və təhlükəsizliyi üzrə təlimçiləri, Nazirliyin Akademiyasının əməkdaşları, həmçinin İtaliyanın Qızıl Xaç Cəmiyyətinin könüllülük fəaliyyəti üzrə mütəxəssisləri iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd fəlakətlərin qarşısının alınması, cavab tədbirləri imkanlarının gücləndirilməsi, eləcə də bu istiqamətlərdə dayanıqlığın təmin edilməsi üçün könüllülük fəaliyyətinin mülki müdafiə sisteminə inteqrasiyası, o cümlədən könüllülüyün idarə edilməsi və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması olub. Eyni zamanda, sözügedən təlim strukturlaşdırılmış müvafiq təlim proqramının tətbiqi, habelə təbii və texnogen xarakterli fəlakət risklərinin monitorinqi, fəlakətlərin xəbərdar edilməsi və maarifləndirmə sahəsində könüllülük fəaliyyətinin əhatə olunması üzrə imkanların və bacarıqların artırımasına yönəlib.

Təlimlər zamanı qruplar üzrə müvafiq tapşırıqlar yerinə yetirilib, simulyativ xarakterli sahə məşğələsi təşkil edilib.

Həmçinin, Akademiyanın ərazisində yerləşən poliqonda Nazirliyin aidiyyəti qurumlarının şəxsi heyəti və müvafiq təyinatlı texnikaları cəlb edilməklə könüllülərlə açıq havada praktiki təlilmlər (yanğının söndürülməsi, hündürlükdən xilasetmə işlərinin aparılması, səhra çadırının qurulması, dağıntılar altından zərərçəkmişin çıxarılması, xəsarət alanlara ilkin yardımın göstərilməsi) keçirilib.

Təlimlər zamanı qeyd olunan sahələr üzrə birgə müzakirələr aparılıb, könüllüləri maraqlandıran suallar cavablandırılıb, müvafiq sertifikatlar təqdim edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN