Berlin xarici agentlər haqqında qəbul edilmiş qanun və bütövlükdə ölkənin gedişatı fonunda Tbilisi ilə münasibətlərinə yenidən baxacaq.
Tezadlar.az xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer deyib.
“Mən Almaniya adından danışacağam və deyəcəyəm ki, biz Gürcüstanla da münasibətlərimizi nəzərdən keçiririk. Bizim Gürcüstanla çox uzun və sıx əlaqələrimiz var. Biz Gürcüstan qarşısında yeni öhdəliklər götürməmək qərarına gəldik. Ona görə də bu vaxta qədər Almaniya Gürcüstan qarşısında yeni maliyyə öhdəlikləri götürməyəcək”, - Fişer bildirib.
O, əlavə edib ki, alman ordusu əvvəllər ABŞ-da qeyri-müəyyən müddətə təxirə salınmış “Layiqli tərəfdaş 2024” çoxmillətli təlimdə iştirakdan imtina edib. Almaniya hakimiyyəti ötən il Tbilisidə keçirilən və indi Berlində keçirilməsi planlaşdırılan böyük hüquq forumunu da ləğv edib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən respublikanın parlament və hökumət üzvlərinə qarşı viza sanksiyaları tətbiq edib.
E.ŞİRİNOV