Ukraynada baş verənlər NATO və ABŞ-ın təxribatçı siyasətinin nəticəsidir.
Tezadlar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
“Ukraynada gördüklərimiz NATO-nun ABŞ-ın rəhbərlik etdiyi və hələ də davam edən siyasətinin və aqressiv addımlarının nəticəsidir”, - deyə hesabatda bildirilir.
Kənani vurğulayıb ki, Vaşinqtonda keçirilən sammitdən sonra NATO ölkələrinin yekun bəyannaməsində yer alan İranın Rusiyaya hərbi yardımı ilə bağlı iddialar “tamamilə əsassız və siyasi motivlidir”.
E.ŞİRİNOV