Şimali Atlantika Alyansı ilə Rusiya arasında birbaşa qarşıdurma perspektivi narahatlıq doğurur.
“Newsweek” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Münaqişə davamlı sülh gətirməyəcək. Ona görə də NATO ilə Rusiya arasında birbaşa qarşıdurma perspektivi şübhəsiz ki, narahatlıq doğurur. Belə nəticəyə gətirib çıxara biləcək istənilən addımdan çəkinmək lazımdır”, - Türkiyə lideri qeyd edib.
Ərdoğan əlavə edib ki, Türkiyə münaqişənin həllinə sülh və diplomatik yollarla yanaşmağı məqsədəuyğun hesab edir.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ərdoğandan Ukraynadakı münaqişənin həlli istiqamətində səylərinə dəstək verməsini istəyib. Macarıstanın baş naziri qeyd edib ki, Türkiyə prezidenti xarici dövlətin yeganə lideridir ki, bu münaqişədə uğurlu vasitəçilik təcrübəsi var.
E.ŞİRİNOV