Estoniya Maliyyə Nazirliyi hökumətə Rusiya ilə sərhədi keçmə qaydalarını sərtləşdirən plan göndərib.
Tezadlar.az bu barədə “İnterfaks”-a istinadən xəbər verir.
Nazirlik Cənub-Şərqi Estoniyanın avtomobil sərhəd-keçid məntəqələri vasitəsilə malların daşınmasına və sərhəd keçid məntəqələrinə yalnız gündüz saatlarında icazə verilməsini təklif edib. Bundan əlavə, departament Luhamaadakı keçidi piyadalar üçün bağlamağa çağırır.
Maliyyə Nazirliyinin planında Koidula sərhəd-keçid məntəqəsinin saat 05:00-dan 22:00-dək açıq olacağı, malların gömrük rəsmiləşdirilməsinin isə saat 07:00-dan 19:00-dək aparılması nəzərdə tutulub. Lakin belə bir dəyişiklik Koiduladakı dəmir yolu keçid məntəqəsinə təsir etməyəcək. Estoniya hakimiyyəti məhdudiyyətləri sanksiyaya məruz qalan mallara nəzarətin gücləndirilməsi və təhlükəsiz hərəkətin təmin edilməsi zərurəti ilə izah edib.
E.ŞİRİNOV