Ölkəmizdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.
Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Bu baxımdan, cəmiyyətimizdə yaşayan hər bir kəsin təhlükəsizliyinin qorunmasında polis işçilərinin əməyini xüsusi qeyd etmək lazımdır. Həmişə asayişin keşiyində ayıq-sayıq olan polis işçilərimiz barəsində xoş sözlər nə qədər yazılsa, nə qə dər deyilsə, yenə də azdır.
Asayişin qorunmasında xüsusi əməyi olan polis işçiləri iyul ayında peşə bayramlarını xüsusi təntənə ilə qeyd etdilər. Həmişə öz fədakarlıqları ilə asayiş keşiyində dayanan bu mərd insanlar nümunəvi xidmətləri ilə seçilirlər. Dövlətimizin və dövlətçilik prinsiplərimizin ənənəvi olaraq yekdil bir həqiqətə zəmin yaratması təhlükəsizlik prinsiplərindən həlledici dərəcədə asılıdır. Bu səbəbdən ictimaiyyətdə tərəqqi edən prioritet məsələlərdən biri kimi ictimai asayiş vacib zərurət doğurur. İnsanlar arasında maarifləndirmə işi aparmaq çox doğru va məntiqli bir haldır. Çünki cəmiyyət üzvləri bütövlükdə hamılıqla polis və onun işi, fəaliyyəti barədə eyni biliyə malik deyildir. Bəzən baş verən narazılıqlar məhz bu səbəbdən yaranır. Odur ki, ilk əvvəl insanlar ictimai asayiş və təhlükəsizlik məsələlərinin nə olduğunu, bu işin isə nə üçün məhz polis tərəfindən hayata keçirildiyini bilməlidirlər.
Nümunəvi peşə təcrübəsi və fəaliyyəti ilə seçilən polis işçilərindən olan Hafiz Məmmədov, Rövşən M., İsmayıl Novruzov, Kərim Məmmədov, Sadiq A., Anar Məmmədov, Niyaməddin Səfərov, Yaqub Priyev, Səməd Zeynalov, Mais D., Əhliyət Qasımov və digərlərinin timsalında bütün asayiş keşikçilərini bu şərəfli və məsuliyyatli peşələrində uğurlar arzulayırıq. Qoy seçdikləri bu peşə ilə daim qürur duysunlar.
CEYHUN