İyulun 19-da Dövlət Gömrük Komitəsinin sədri Balakən Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, sərhədkeçmə və rəsmiləşdirmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, nəqliyyat və yük axınlarının idarəedilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
R.XUDATQIZI