Avropa rəsmiləri Macarıstanı Aİ-yə sədrlikdən uzaqlaşdırmaq istəyirlər. İndi bunun necə ediləcəyini düşünürlər.

Tezadlar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bu barədə CNN Turk məlumat yayıb.

Ərdoğan tanınmamış Şimali Kipr Türk Respublikasına səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Xüsusilə, o bildirib ki, Avropada Macarıstanın baş naziri Viktor Orbanı sülhməramlı səfərlərinə görə kəskin tənqid etməyə başlayıblar.

“O, Moskvaya getdi və tənqid olundu. O, Çinə getdi və eyni şəkildə tənqid olundu... İndi Macarıstanı AB sədrliyindən necə uzaqlaşdıracaqlarını anlamağa çalışırlar”, - deyə Ərdoğan bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN