Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşərək Ermənistan-Azərbaycan münasibətləri məsələlərini müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “News.am” yazıb.

Ermənistan Təhlükəsizlik Şurası bildirib ki, görüş zamanı həmsöhbətlər regional təhlükəsizliyi müzakirə ediblər və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunublar.

Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiq olduğunu təsdiqləyib.

Bundan əvvəl beynəlxalq münaqişə üzrə ekspert Vitali Arkov Pentaqonun nümayəndəsinin Ermənistanda görünməsini dəyərləndirib. Onun sözlərinə görə, bu, Rusiyaya və xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı təxribatdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN