Seçkiqabağı debatların təfərrüatlarının müzakirəsi Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədin təsdiqindən sonra mümkün olacaq.

Tezadlar.az Trampın qərargahının yaydığı bu bəyanat barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

"Demokratlar öz namizədlərini təsdiq edənə qədər debatın ümumi təfərrüatları yekunlaşa bilməz", - bəyanatda bildirilir.

“The New York Times” yazıb ki, Harris ABŞ-da seçici dəstəyi baxımından Trampdan 1% geri qalır.

Vurğulanır ki, Trampın nümayəndələri ABŞ-ın vitse-prezidentini demokratların son namizədi hesab etmirlər.

Tramp daha əvvəl demişdi ki, Harris builki seçkilərdən sonra dövlət başçısı seçilsə, bir il sonra ölkəni məhv edəcək.

“Korrupsioner Co Bayden kimi Kamala Harris də lider olmağa yaraşmır. O, lider olmağa yaraşmır, bir ildən sonra ölkəmizi məhv edəcək, bu ölkə məhv olacaq”, - deyə siyasətçi qeyd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN