Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Bakı şəhərinin Səbail və Nərimanov rayon Yanğından Mühafizə hissələrində “açıq qapı günü” tədbirləri keçirilib.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Toto Moto” və “Dəniz” uşaq bağçalarının azyaşlıları, müəllim və tərbiyəçilər iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürən və xilasedicilərin günlük rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Maraqla keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN