Məqsədi rəngli inqilablar və dövlət çevrilişləri olan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə qarşı daimi hibrid müharibə aparılır.

Tezadlar.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Birlik ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərləri ilə görüşündə danışıb.

“Biz çox gözəl görürük ki, bu gün ölkələrimiz necə dalaşmağa, içəridən parçalanmağa çalışır. Biz qeyri-qanuni birtərəfli iqtisadi sanksiyaların təzyiqi altındayıq. Xalqlarımıza qarşı daimi hibrid müharibə aparılır. MDB ölkələrinin hər biri isə artıq ən azı bir rəngli inqilab yaşayıb ki, bu da mahiyyət etibarı ilə dövlət çevrilişinə cəhddir”, - prezident bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi baş tutub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN