Media və ictimaiyyətə qapalı olan İkinci Qərb Dairə Hərbi Məhkəməsi Rusiya Federasiyası xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsovun həbs müddətinin uzadılması ilə bağlı şikayətinə baxıb.

Tezadlar.az bildirir ki, TASS müxbirinin verdiyi məlumata görə, müraciətdə istintaq təcridxanasından videobağlantı vasitəsilə iclasda iştirak edən generalın həbs müddəti bir ay azaldılıb.

“235-ci Qarnizon Hərbi Məhkəməsinin qərarı dəyişdirilərək təqsirləndirilən şəxs barəsində sentyabrın 12-dək həbs qətimkan tədbiri seçilib. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılıb”, - hakim qərarı elan edib.

Qeyd edək ki, general bu iş çərçivəsində həbsdə olan Krasnodarlı iş adamı Leva Martirosyandan torpaq sahəsi və ev şəklində rüşvət almaqda ittiham olunur. Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti oktyabrın 12-dək uzadılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN