Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumu, ABŞ-ın Rusiya ərazisinə daxil olmamaq tələbinə baxmayaraq, Vaşinqtonun beynəlxalq aləmdə təsirinin itirilməsindən xəbər verir.

Tezadlar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Fox News” telekanalında deyib.

“ABŞ prezidenti Co Bayden Kiyevi bunu etməməyə (Kursk vilayətinə hücum – RED.) inandırdı, lakin onlar bunu etdilər. O, “etmə” deyəndə, deyəsən, heç kim qulaq asmır”, – Pompeo bildirib.

Onun sözlərinə görə, zəif ABŞ prezidenti bütün “idarəetmə modelini” sındırıb və ABŞ-ın bütün dünyada hərbi qüvvələrini təhlükə altına qoyur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN