“Ukrenerqo”nun iki enerji obyekti - biri ölkənin cənubunda, ikincisi şimalda - zədələnib.
Tezadlar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
“Səhər ruslar cənub bölgəsindəki “Ukrenerqo” enerji obyektini atəşə tutublar, gecə isə Rusiya PUA-ları şimal bölgəsindəki regional enerji obyektinə hücum ediblər”, - şirkətin mətbuat xidməti təsdiqləyib.
Qeyd olunur ki, nəticədə, Çerniqov vilayətində istehlakçıların işıqları kəsilib. Hazırda hər iki elektrik obyektində bərpa işləri aparılır.
Şirkət həmçinin qeyd edib ki, hazırda müxtəlif səbəblərdən Sumı, Xarkov, Çerniqov vilayətlərində, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində nəzarət etdiyi ərazilərdə bir çox yaşayış məntəqələri işıqsız qalıb.
Ötən həftə amerikalı politoloq Con Mearsheimer Ukraynanın münaqişə zamanı elektrik şəbəkəsinin yarısını itirdiyini və bunun qarşıdan gələn qışda fəlakətli nəticələrə səbəb olacağını bildirib.
Bunu “Ukrenerqo”nun idarə heyətinin rəhbəri Vladimir Kudritski təsdiqləyib və etiraf edib ki, bütün zədələnmiş enerji bloklarını qışa qədər təmir etmək mümkün olmayacaq.
E.ŞİRİNOV