Avqustun 9-da Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN