Ukrayna hakimiyyəti Xerson vilayətinin qubernatoru Vladimir Saldoya qarşı qiyabi olaraq yeni ittiham irəli sürüb.
Tezadlar.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun bildirdiyinə görə, Rusiya vilayətinin başçısı “təxminən 3 min ton Ukrayna taxılını oğurlamaqda” ittiham olunur.
Artıq Ukraynada Saldoya qarşı dəfələrlə müxtəlif ittihamlar irəli sürülüb. O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısına salınıb. 2023-cü ilin noyabrında Odessa məhkəməsi onu əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
2022-ci il sentyabrın sonunda Ukrayna Təhlükəsizlik Xidməti Saldonu qiyabi olaraq Xerson vilayətində sakinlərin böyük əksəriyyətinin bölgənin Rusiya Federasiyasına birləşməsinə səs verdiyi referendumun təşkilində əməkdaşlıqda ittiham edib. 2023-cü ilin avqustunda Ukrayna hakimiyyəti Saldonun aktivlərinin müsadirə olunduğunu elan edib. Həmin ilin oktyabrında Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində fəaliyyət göstərən Ukrayna prokurorluğu Saldoya qarşı yeni ittihamlar irəli sürüb - Ukraynanın "qanunla nəzərdə tutulmayan silahlı qruplaşma" adlandırdığı regional təhlükəsizlik xidmətini maliyyələşdirməkdə. "
E.ŞİRİNOV