Hava Hücumundan Müdafiə sistemləri Belqorod vilayətinin ərazisində iki Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Bu il avqustun 15-də Moskva vaxtı ilə saat 11:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb İki Ukrayna pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisi üzərində məhv edib”, - departamentin məlumatında qeyd olunub.