Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 93 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.

Tezadlar.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 16-da keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5859 nəfəri Mərkəzi Seçki Komissiyasında, 88 min 105 nəfəri dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 39 beynəlxalq qurumdan və 46 ölkədən 321 nəfər akkreditə olunub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN