Belqorod vilayətində Ukraynanın Novaya Tavoljanka kəndini atəşə tutması zamanı iki qadın yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

"Şebekinski şəhər rayonunun Novaya Tavoljanka kəndi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. İki dinc sakin yaralanıb. Barotravma və ön qolundan səthi qəlpə yarası almış bir qadına yerindəcə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirməkdən imtina edib. Boyun nahiyəsindən qəlpə yarası alan ikinci yaralı isə təcili tibbi yardım maşını ilə rayon klinik xəstəxanasına çatdırılıb”, - deyə rayon rəhbəri bildirib.

Qubernatorun sözlərinə görə, mərmi atəşinə tutulması nəticəsində üç fərdi evin pəncərələri sınıb, dam örtüyü və fasadlar kəsilib.

“Nəticələr barədə məlumat dəqiqləşdirilir”, - o əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN