ABŞ prezidentliyinə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin ölkəyə rəhbərlik edəcəyi təqdirdə ABŞ-ın dağılacağını bildirib.
“Kamala Harris ölkəmiz üçün dəhşətlidir. O, həmişə kommunist olub və olacaq. Onun “rəhbərliyi” altında Birləşmiş Ştatlar dağılacaq, bu, çox tez baş verəcək”, - deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Trampın namizədliyi rəsmən Respublikaçılar Partiyası tərəfindən irəli sürülüb. Hazırkı vitse-prezident Kamala Harris demokrat kimi namizədliyini irəli sürməyi planlaşdırır.
E.ŞİRİNOV