Berlin Kiyevə daha bir IRIS-T SLS hava hücumundan müdafiə sistemi (ümumilikdə üç), artilleriya mərmiləri, pilotsuz təyyarələr və digər silahlar təhvil verdi.
Tezadlar.az xəbər verir ki, bu, Almaniya hökumətinin saytında dərc olunan bazar ertəsi günü yenilənmiş Ukraynaya hərbi yardım siyahısından məlum olur.
Yeni paketə IRIS-T SLS zenit-raket kompleksindən əlavə, 14 min 155 mm-lik artilleriya mərmisi, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri olan 26 “Vektor” kəşfiyyat aparatı, 6 HMEE yükləyicisi və Bergepanzer 2 zirehli maşını, 700 ədəd avtomat MK 556 tüfəngi, 10 ədəd HLR 338 markalı patronlu snayper tüfəngi, 50 ədəd CR 308 tüfəngi, 55 min ədəd ilkin tibbi yardım çantası, həmçinin partlayıcı əşyaların zərərsizləşdirilməsi üçün vasitələr daxildir.
E.ŞİRİNOV