Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bərabər İnkişaf Naminə” Koalisiyanın müraciətinə əsasən Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində və regionlarda “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüşlər davam etdirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Bu istiqamətdə növbəti görüşlər Bakı şəhərinin Xəzər və Bərdə rayonlarında davam etdirilib.
Görüşlərdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri, Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova və Koalisiyanın üzvləri -“Gənc Demokratlar” İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva, “Kamillik” Cəmiyyətinin sədri Əsmətxanım Məmmədova, həmçinin yerli icma və bələdiyyə üzvləri iştirak edib.
Qeyd edək ki, Bakı şəhəri və regionları əhatə edən görüşlər avqust ayının sonunadək davam edəcək.
R.XUDATQIZI