Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində 17 nəfər həlak olub.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a tibbi xidmətlər məlumat verib.
"Son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 17 nəfər ölüb, 140-dan çox yaralıdan 75-i xəstəxanaya yerləşdirilib, o cümlədən 4 uşaq", - agentliyin həmsöhbəti bildirib.
Avqustun 12-də vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya sərhədində vəziyyətlə bağlı keçirilən müşavirədə videobağlantı vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məlumat verib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu nəticəsində 12 insan həlak olub, 10-u uşaq olmaqla 121 nəfər yaralanıb.
E.ŞİRİNOV