Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Dubay – Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən əl və baqaj yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunub.

Gömrük baxışı zamanı həmin şəxsə məxsus çemodan və bel çantasından gömrük orqanlarına bəyan edilməyən, 2 ədəd “İphone 15 Pro 128 GB” markalı mobil telefon, 3 ədəd planşet, 1 ədəd noutbuk, 4 ədəd “qulaqcıq”, 2 ədəd “Dyson” markalı fen, 350 ədəd müxtəlif növ telefon ekranı, 16 ədəd ətir aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN