Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Bolşesoldatski rayonunda helikopterdən partlayıcı qurğunu avtomobilin üzərinə atıb. Hücum nəticəsində bir qadın həlak olub, daha iki nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.
“Bu gün Bolşesoldatski rayonunda Ukrayna helikopterindən avtomobilə partlayıcı qurğu atılıb. İki yerli sakin yaralanıb. Onlar müstəqil olaraq xəstəxanaya gediblər və orada tibbi yardım göstərilib. Təəssüf ki, daha bir qadın yerindəcə dünyasını dəyişdi”, - o, Telegram kanalında yazıb.
E.ŞİRİNOV