Kişinyov məhkəməsi Moldova müxalifətinin “Qələbə” blokuna seçkilərdə iştirakın qadağan edilməsini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Əvvəllər Moldova Mərkəzi Seçki Komissiyası “Qələbə” blokunu payız seçkiləri və referendum üçün qeydə almaqdan imtina edib. Prezident seçkiləri günü, oktyabrın 20-də ölkədə Aİ-yə üzvlüklə bağlı referendum da keçiriləcək.
Komissiya bəyan edib ki, blokun seçkilərdə iştirakından müəyyən edilmiş pozuntulara görə imtina edilib. Rəsmilər bloka ölkədə qanunsuz elan edilən “Şor” partiyasının daxil olduğunu vurğulayıblar. “Qələbə” seçki komissiyasının qərarından Kişinyov Apellyasiya Palatasına şikayət edib, lakin hakimiyyət qadağanı təsdiqləyib.
2023-cü ilin yayında Moldovada məhkəmə “Şor” partiyasını konstitusiyaya zidd elan edib. Məhkəmə qərarı Konstitusiyanın 41-ci maddəsi ilə əsaslandırıb ki, burada “məqsədləri və ya fəaliyyəti siyasi plüralizmə qarşı yönəlmiş partiyalar, Moldova Respublikasının qanunun aliliyi, suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsipləri konstitusiyaya ziddir”. “Şor” təmsilçiləri partiyaya qarşı bütün ittihamları siyasi adlandırıblar.
2024-cü ilin aprelində müxalifətin “Qələbə” bloku yaradılıb. Moldovanın müxalifət qüvvələrinin blokda birləşdirilməsi haqqında sazişi ölkənin Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul, “Renessans”, “Şans” partiyaları və başqaları imzalayıb.
E.ŞİRİNOV