Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya silahlı qüvvələri bir sutka ərzində ABŞ istehsalı olan 3 ədəd ATACMS operativ-taktiki raketini vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə avqustun 24-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan üç ATACMS operativ-taktiki raketini, beş Fransa istehsalı olan “Hammer” idarəolunan bombasını, ABŞ istehsalı olan 12 HIMARS raketini və 16-sı xüsusi hərbi əməliyyat zonası xaricində olmaqla, 44 pilotsuz uçuş aparatını vurub”, - məlumatda deyilir.
Hərbi idarənin məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək ümumilikdə 640 təyyarə, 283 helikopter, 30 434 pilotsuz uçuş aparatı, 575 zenit-raket kompleksi, 17 557 tank və digər zirehli döyüş texnikası, 1 425 çoxmənzilli döyüş maşını raket sistemləri, 13 594 səhra artilleriya və minaatan, 25 139 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
E.ŞİRİNOV