Rusiya Kursk istiqamətində ukraynalılar tərəfindən əsir götürülən 115 hərbçini geri qaytarıb.

Tezadlar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bununla bağlı danışıqlar BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

“Bu il avqustun 24-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 115 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 115 hərbi əsiri təhvil verilib", - departamentdən bildirilib.

“Hazırda bütün Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir. Sərbəst buraxılan bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək”, - nazirlik əlavə edib.

Rusiya Müdafiə Nazirliyi aydınlaşdırıb ki, rus hərbçilərinin əsirlikdən qaytarılması zamanı humanitar vasitəçilik səyləri Birləşmiş Ərəb Əmirlikləri tərəfindən həyata keçirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN