Rusiya Xarici Kəşfiyyat Xidməti  ABŞ hakimiyyətinin Gürcüstanda parlament seçkiləri ərəfəsində “rəngli inqilab” təşkil edə biləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bundan əvvəl baş nazir İrakli Kobaxidze bildirib ki, hakim “Gürcü Arzusu” partiyası parlamentdə səs çoxluğu qazanacağı təqdirdə “Vahid Milli Hərəkat”ı konstitusiyaya zidd elan edəcək.

Xatırladaq ki, “Vahid Milli Hərəkat” Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin partiyasıdır. 2021-ci ilin payızında o, həbs edilib, o vaxtdan bəri Saakaşviliyə iki cinayət işi üzrə hökm oxunub, daha iki işə baxılır. Əgər partiya konstitusiyaya zidd elan olunarsa, onun deputatlarının mandatı ləğv ediləcək.

Kobaxidze həmçinin bildirib ki, müxalifət seçkilərdə qalib gəlsə, Gürcüstan “ikinci cəbhə”yə çevriləcək. Xarici Kəşfiyyat Xidməti bəyan edib ki, Vaşinqton seçkilər öncəsi ölkədəki vəziyyətdən “son dərəcə narazıdır”.

“Amerikalılar Gürcüstanda “rəngli inqilab” hazırlayırlar”, - Rusiya kəşfiyyatı vurğulayır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN