İnternetdə Kiyev su elektrik stansiyasının ərazisində hücumların nəticələrini əks etdirən video yayılıb.

Kadrlarda zədələnmiş metal konstruksiyalar, beton konstruksiyaların qırıqları və yanğın görünür.

Avqustun 26-da Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi-sənaye kompleksinə xidmət edən enerji obyektlərinə kütləvi hücuma keçib. Milli enerji şirkəti “Ukrenergo” ölkə daxilində fövqəladə elektrik enerjisinin kəsilməsini elan edib.

Baş nazir Denis Şmıqal Ukraynanın 15 regionunda baş verən partlayışlardan danışıb.

Həmçinin, Ukraynada və bütün Avropada ən böyük yeraltı qaz anbarına - Lvov vilayətinin Stryi şəhərindəki Bilçe-Volitski yeraltı qaz anbarına hücum barədə məlumatlar var.

Kiyevin meri Vladimir Kliçko şəhərin bir sıra ərazilərində elektrik və su ilə bağlı problemlərin olduğunu açıqlayıb.

KİV Ukrayna paytaxtının Julyanı hava limanına hücumlardan yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN