Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbası oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyə dəvət edib.

Tezadlar.az xəbər verir ki, bunu Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında deyib.

“Prezident Putin Mahmud Abbası oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyə rəsmən dəvət edib”, - diplomat bildirib.

Nofəl əlavə edib ki, dekabrda Moskvada hökumətlərarası Rusiya-Fələstin iqtisadi komissiyasının çağırılması barədə də razılıq əldə olunub.

Bundan əvvəl Mahmud Abbas TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində BRİKS sammitində yalnız Fələstinə həsr olunacaq görüşün keçirilməsinin mümkünlüyünü bəyan etmişdi ki, bütün ölkələr baş verən hadisələrlə bağlı öz fikirlərini bildirə bilsinlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN