Venesuela prezidenti Nikolas Maduro Telegram-ın yaradıcısı Pavel Durovun həbsini alternativ media və sosial şəbəkələrlə bağlı maksimum təzyiq və şantaj siyasəti ilə əlaqələndirib.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, o, bunu Amerika Xalqları Uğrunda Bolivar Alyansının XI fövqəladə sammitinin açılışı zamanı deyib.

O qeyd edib ki, bu cür hərəkətlər bütün dünyada alternativ rabitə şəbəkələrinin “qollarını bükmək” məqsədi daşıyır. Maduronun fikrincə, hakimiyyətdən sui-istifadə və təqiblər “tabeçilik məqsədi” üçün lazımdır.

Xatırladaq ki, avqustun 24-də Fransa mətbuatı Durovun “Parisətrafı Le Burje” hava limanında saxlandığını bildirmişdi. Fransa vətəndaşlığı olan Telegram-ın təsisçisinin ölkədə axtarışda olanlar siyahısında olduğu iddia edilir. Paris prokurorluğunun məlumatına görə, Durovun dindirildiyi məhkəmə istintaqı adı açıqlanmayan şəxsə qarşı çoxsaylı kibercinayətlər törətdiyinə görə başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN