Ukraynadakı münaqişəyə son qoymaq variantları onun dondurulması və ya Qərb tərəfindən Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını ehtiva edən sülh sazişinin qəbulu ola bilər.

Tezadlar.az xəbər verir ki, bunu “RİA Novosti”-yə türkiyəli politoloq Engin Özer deyib.

Onun sözlərinə görə, Ukrayna böhranına son qoymaq üçün nəzəriyyələrdən biri Koreya müharibəsinin başa çatmasından nümunə götürərək qeyri-müəyyən atəşkəs rejimini nəzərdə tutur, burada tərəflər nəzarət etdikləri ərazilərdə səlahiyyətləri saxlamalıdırlar.

“Lakin biz yeni sərhədlərin beynəlxalq səviyyədə tanınmasını gözləməməliyik. Bu modeldə münaqişənin sonu sülh razılaşması ilə deyil, atəşkəs razılaşması ilə əldə edilə bilər”, - Engin Özer izah edib.

Analitikin fikrincə, ikinci variant tərəflərin ərazi bütövlüyünü tanıyan, sərhədləri müəyyən edən və beynəlxalq səviyyədə tanınmasını təmin edən sülh sazişinin bağlanmasıdır.

“Bu modeldə bəzi torpaq transferi, kompensasiya və silahlara bəzi məhdudiyyətlər ola bilər. İkinci modeldə razılaşmanın bəndlərindən biri sanksiyaların ləğvi ola bilər. Faktiki olaraq İstanbul sazişi layihəsində sanksiyalarla bağlı müəyyən razılıq əldə olunub”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Rusiya Ukraynada xüsusi əməliyyat keçirdikdən sonra Qərb ölkələri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etmişdi. Bunun tərkib hissəsi kimi Mərkəzi Bankın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatları dondurulub. Tədricən sanksiyalar daha da gücləndi. Xüsusilə, Aİ məhdudiyyətlərlə 14 paket qəbul edib.

Eyni zamanda, hələ 2022-ci ilin martında Moskva və Kiyev sülh danışıqlarının bir neçə raundu keçirib, birgə müəyyən razılaşmalar əldə ediblər. Lakin Kiyev danışıqlar prosesindən geri çəkilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN