Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində tədbirlər həyata keçirir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, keçirilən tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitən, ümumi çəkisi 7,628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
R.XUDATQIZI